Leo Dokerti Azərbaycana səfər edəcək
15 Noyabr 2023 11:51 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti yaxın zamanda Azərbaycana səfər edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Bakı səfirliyindən xəbər veriblər.
Leo Dokertinin səfər çərçivəsində bir sıra hökumət məmurları ilə görüşlər keçirmək niyyətində olduğu qeyd edilib. Səfər proqramının digər təffərrüatı hələlik açıqlanmayıb.
Xatırladaq ki, Dokerti bundan əvvəl 2023-cü ilin fevral ayında Azərbaycana səfər edib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31