Rayon yerlərində "qara bazar" aktiv fəaliyyət göstərir - Deputat

"Bu gün Azərbaycan banklarının xarici banklarla əməkdaşlığı demək olar ki, sıfır səviyyəsindədir". Olaylar xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib: "Əvvəllər Almaniya və digər ölkələrin banklarından müəyyən vəsaitlər alınırdı, kredit kimi vətəndaşlara verilirdi. Həm banklarımız qazanırdı, həm da kredit faizləri aşağı düşürdü. Amma bu gün bu imkanlar aradan qalxıb. Xüsusilə vətəndaşlarımızın kiçik və orta sahibkarlıqla məşğul olması üçün verilən kreditlərin faizləri çox yüksəkdir - illik 14 %-dən başlayır. Hesab edirəm ki, faizlər aşağı salınmalıdır".

Deputat əlavə edib ki, ölkədə valyuta-dəyişmə məntəqələrinin sayı artırılmalı və hamısı şənbə-bazar günlərində işləməlidir: "Valyuta-dəyişmə məntəqələri demək olar ki, ancaq bankların içində yerləşir. Vətəndaşlar şənbə-bazar günlərində pul dəyişmək üçün yer axtarmağa məcbur olur. Rayon yerlərində "qara bazar" aktiv fəaliyyət göstərir, pullar müəyyən yerlərdə əldə dəyişdirilir və bundan dövlətə xeyir gəlmir".

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31