Milli Məclis gələn ilin büdcə zərfinin müzakirəsini davam etdirir
15 Noyabr 2023 11:02 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Milli Məclis gələn ilin büdcə zərfinin müzakirəsini davam etdirir. "Olaylar" xəbər verir ki, Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasa Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və hökumət üzvləri də qatılıblar.
Bugünkü iclasın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:
- "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
- "Sığorta fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
- "Banklar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
- "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
- "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
- Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi
- Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi
- "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədə qanun layihəsi.