Ermənistanı Ukraynanın taleyi gözləyir- ÖZƏL

"Ermənistan ikibaşlı oyunlar oynamaqla öz gələcəyini təhlükə altına qoyur. Bu ölkənin bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu deməsi, digər tərəfdən isə sürətlə silahlanması onu deməyə əsas verir ki, hər zaman olduğu kimi İrəvan günümüzdə də müstəqil siyasət həyata keçirmək iqtidarında deyil və bu ölkə indi də Fransanın forpostuna çevrilir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Ermənistan Fransa və Almaniya, eləcə də Qərbdəki bəzi ermənipərəst dairələrin şirin vədlərinə aldanıb özünü tarana aparır:
"Ancaq yaxşı olardı ki, Ermənistan yaxın tarixə, bir neçə il ərzində Ukraynada yaşananlara nəzər yetirsin. Yaxud 15 il əvvəl qonşu Gürcüstanda baş verənləri xatırlasın. Bu gün Ermənistanı silahlandırıb, ona şirin vədlər verən, İrəvanın əli ilə regionda gərginlik yaratmaq istəyən qüvvələr məhz zamanında eyni oyunu Gürcüstan və Ukrayna üçün oynadılar. Hər iki ölkə üçün nəticələr göz önündədir".
Arzuman Muradlı hesab edir ki, Fransa, Almaniya, ümumən Avropanı, Qərbi heç də Ermənistanın taleyi düşündürmür:
"Onları düşündürən Ermənistanın əli ilə regionda gərginlik yaratmaq və Cənubi Qafqazda möhkəmlənməkdir. Ermənistan isə bu oyuna gedərək həyatının böyük xətasına yol verir. Görünən odur ki, Ermənistanı Ukraynanın taleyi gözləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31