Doğrudanmı güman edirik ki, bu qədər əməkhaqqı ilə alim elmlə məşğul olacaq? - Deputat
14 Noyabr 2023 12:50 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Hər il dövlət büdcəsindən elmin inkişafına xeyli vəsait ayrılır, amma həmin məbləğin nə qədər hissəsi birbaşa alimə çatır, bax bu sual maraqlıdır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində deyib.
Onun sözlərinə görə, AMEA-da elmi işçi vəzifəsində çalışan gənc alimlər müxtəlif dərəcələrlə 400 manatdan bir az çox əməkhaqqı alır: "Halbuki ölkədə bu il üçün nominal orta aylıq əməkhaqqı 925,3 manat, paytaxtda isə orta aylıq nominal əməkhaqqı 1000 manatdan yuxarı təşkil edib. Yəni paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır. Doğurdanmı bu maaşla gənclərimizi elmə gətirmək istəyirik?! Doğurdanmı güman edirik ki, bu qədər əməkhaqqı ilə alim elmlə məşğul olacaq?!"