Tarixi tikililər olan ərazidə yeni binalar tikilir- Deputat
14 Noyabr 2023 12:32 Siyasət"Büdcəyə əlavə vəsait cəlb edə biləcəyimiz sahələrdən biri tikinti sektorudur. Bakıda 1000-ə qədər qəzalı bina olduğu bildirilir. Amma sahibkarlar bina tikmək üçün yer tapmır, xaricə üz tuturlar. Kimlərsə bu yerləri alıb, amma tikmirlər. Nə qədər insan mənzil şəraitini yaxşılaşdırmaq, yaxud övladına, nəvəsinə yeni mənzil almaq istəyir". Olaylar xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanlı deyib. Bildirib ki, qəzalı binaların söküntüsü məsələsi gündəmdə olsa da, təqdim olunan sənədlərdə təhriflərə yol verilir: "Tarixi tikililər olan ərazidə, qəzalı bina olmayan yerdə yeniləri tikilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəy Bakı Şəhər İcra Hakimiyyətinin rəyindən fərqlidir. Tikintiyə icazə vermək səlahiyyəti seçkili orqan olan bələdiyyələrə verilməlidir. Bu, bütün dünyada belədir".
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun