Birinci xanımlar Qəzza üçün İstanbulda bir araya gələcək - ÖZƏL
14 Noyabr 2023 12:08 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Dövlət və hökumət başçılarının həyat yoldaşları prezident Ərdoğanın xanımı Əminə Ərdoğanın himayəsi altında İstanbulda bir araya gələcək. "OLAYLAR" Türkiyə mediasına istinadən bildirir ki, toplantıda qəzzalıların iztirablarına son qoyulması və böhranın həlli üçün güclü həmrəyliyin nümayiş etdirilməsi ətrafında fikir mübadiləsi aparılacaq.
Birinci xanım Əminə Ərdoğanın açılış nitqindən sonra hər bir iştirakçı ölkə rəhbərinin həyat yoldaşı problem ətrafında çıxış edəcək.
Sonda liderlərin xanımları İstanbuldan dünyaya mesaj verəcəklər.
Qeyd edək ki, Türkiyə Prezidentin Dolmabahçe ofisində keçiriləcək görüşdə Qətər, Malayziya və Özbəkistan da daxil olmaqla dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçılarının həyat yoldaşları və xüsusi nümayəndələri iştirak edəcək.