Zahid Oruc: “İlham Əliyevin qarşıdakı prezidentlik dövrü”…
14 Noyabr 2023 12:01 Siyasət"İlham Əliyevin qarşıdakı 20 illik prezidentlik dövrü "azərbaycanlı köçkün" terminini tarixə qovuşdurmaq və rifah dövlətinə çevrilmək təşkil edəcəkdir. Bəli, müstəqillik tarixində ilk dəfə büdcə qanunu da bütövləşib və biz bütün dünyaya göstərməliyik ki, ermənilərdən fərqli olaraq, Qarabağda qurucu millətik!" Olaylar xəbər verir ki, bunu millət vəkili Zahid Oruc parlamentin plenar iclasında deyib: "Qayıdışa xərclənən və Xankəndi daxil, bir vaxtlar ermənilərin istismarında olan resursların Azərbaycan iqtisadi dövriyyəsinə qaytarılması təkcə ÜDM-i deyil, bütün vətəndaşlarımızın qaçqınlıq və köçkünlükdən qalan ağır humanitar, mənəvi mirasın da aradan qalxmasına, əmək, mədəniyyət və ictimai münasibətlərimizi də təzələməlidir. Bizə görə, 2024-cü ilin əsas hadisəsi Ermənistanla sülh müqaviləsi və təkcə Zəngəzur və İran üzərindən deyil, bütün kommunikasiyaların açılması olacaqdır".
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun