Deputat bələdiyyələrdə müəssisələrin yaradılmasını təklif edib

"Az büdcəsi olan bələdiyyələrdə pilot layihəsi olaraq müəssisələrin yaradılmasına dövlət dəstək verməlidir". Olaylar xəbər verir ki, bunu millət vəkili Səbinə Xasayeva parlamentin bu gün keçirilən plenar iclasında deyib. Bildirib ki, az büdcəsi olan bələdiyyələr belə müəssisələr yarada bilmirlər: "Belə pilot layihələrin yaradılması bələdiyyələrin inkişafına təsir göstərə bilər. Həm də digər bələdiyyələr üçün nümunə ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31