Deputat Yardımlı rayonunun sosial problemlərindən danışdı
14 Noyabr 2023 11:19 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Yardımlı rayonu susuzluqdan əziyyət çəkir". Olaylar xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı parlamentin bu gün keçirilən plenar iclasında deyib. Millət vəkili qeyd edib ki, rayonun Dağüzü və Çayüzü kəndlərindən keçın çay üzərində yeni bəndin tikilməsi problemin həllinə kömək edə bilər: "Rayonun bəzi kəndləri qazın olmamasından əziyyət çəkir. Yeni məktəblərin tikilməsi rayonda təhsilin inkişafına təkan verə bilər".
Millət vəkili əlavə edib ki, Yardımlı rayonu ilə Masallını birləşdirən körpü bərbad vəziyyətdədir: "Bu körpü uzun müddətdir ki, təmir edilmir. Dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də məslə həllini tapmayıb. Əgər görpü uçsa Yardımlı ilə Masallı arasında əlaqə kəsilə bilər".