Azərbaycan bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi- ÖZƏL
14 Noyabr 2023 08:42 Siyasət"Xalqımız bu gün müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayır. Vətən müharibəsində qazandığımız qələbə xalqımızın torpaq həsrətinə son qoydu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində ölkəmiz tarixi ədaləti bərpa etdi. Azərbaycan bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi". Olaylar xəbər verir ki, bunu YAP Gədəbəy Rayon Təşkilatının üzvü Anar Məmmədov deyib:
"İkinci Qarabağ müharibəsində ən əsas məqamlardan biri Azərbaycan xalqı ilə Ali Baş Komandan birliyi oldu. Xalq Prezidentin ətrafında bir yumruq kimi birləşərək ordumuza böyük dəstək verdi. Rəşadətli Azərbaycan Ordusu döyüş meydanında Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi.Azərbaycan xalqı uzun illər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədi. 2020-ci il sentyabrın 27-də cənab İlham Əliyev qismən səfərbərlik elan etdi. Ali Baş Komandanın bu əmrini böyük coşqu ilə qarşılayan Azərbaycan xalqı o anlardan torpaqlarımızı qısa müddətdə Ermənistan silahlı qüvvələrinin işğalından azad etmək üçün bir yumruq kimi birləşdi. Erməni qəsbkarlarının otuz ilə yaxın davam edən işğalına 44 gündə - İkinci Qarabağ müharibəsində son qoyuldu. Azərbaycan dövləti və xalqı 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədaləti bərpa etdi. Bu 44 günün hər saatı, hər anı Azərbaycan tarixinə yazıldı".