Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür- ÖZƏL

"İqtisadi Əməkdaşlıq Təşkilatı Soyuq Müharibədən sonra yaranan, SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın silsilə təşəbbüsləri nəticəsində yenilənmiş regional inteqrasiya strukturudur" . Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, hazırda bölgədə, regionda, eləcə də dünyada baş verən proseslər​ bir sıra beynəlxalq təşkilatlarda olduğu kimi, ECO qarşısında yeni ​ vəzifələr qoyur: "Siyasi və iqtisadi gündəliyin dəyişməsi, müasir texnologiyalar və yeni aktorların meydana çıxması, bununla yanaşı ölkələrin iqtisadi inkişafının​ davam etdirliməsi və bu sahədə əməkdaşlığın daha da gücləndirilməsi​ məsələləri aktuallaşır.
Qeyd etmək lazımdır ki, Azərbaycanın təşkilatın inkişafına verdiyi töhfələrə və üzv dövlətlərlə əlaqələrini təhlil etsək görərik ki,​ ölkəmiz​ üzv olduğu digər qurumlarda olduğu kimi, burada çox fəaldır. Belə ki, 1992-ci ildə Təşkilata üzv olan Azərbaycan ötən 31 il ərzində aktiv fəaliyyəti ilə ​ rolu ilə seçilmiş və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuşdur. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Prezident İlham Əliyev bununla bağlı fikirləri dediklərimizi təsdiqləyir: "Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Iqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31