Zakir Həsənov BƏƏ-yə səfər edib
13 Noyabr 2023 16:55 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Noyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow - 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun konfrans və panel müzakirələrdə iştirakı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31