Veteranlara verilən 80 manat artırılsın! – Deputat təklif edir
13 Noyabr 2023 16:28 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycanda müharibə veteranlarına verilən 80 manat müavinətə yenidən baxılması lazımdır". Olaylar xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib: "Baş nazirin burada olmasından istifadə edərək, yenidən bildirirəm ki, müharibə veteranlarına verilən 80 manat müavinət artırılmalıdır. Bununla bağlı məsələyə yenidən baxılmalıdır. Xaricdə oturan antimilli ünsürlər bundan istifadə edirlər. Buna əncam çəkilməli, vəsait artırılmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31