Milli Məclisdə qeydiyyatsız evlər məsələsi qaldırılıb
13 Noyabr 2023 16:18 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Hazırda ölkədə çox sayda qeydiyyatsız evlər var. Prezident İlham Əliyev də göstəriş verib ki, qeydiyyatsız evlər qeydiyyata alınmalıdır.
Olaylar.az-ın məlumatına görə, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, elə adam var ki, nəvəsini artıq o evdən gəlin köçürüb, amma hələ oturduğu ev qeydiyyata alınmayıb. "Kim nə etməlidir bununla bağlı? BMT qətnamə qəbul etməlidir? Tapşırıq verilib, yerinə yetirilməlidir. Vətandaşları əksinə dövlətdən narazı salırlar", -deyə komitə sədri bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31