Azərbaycanla bağlı sənəd Türkiyə Böyük Millət Məclisində - ÖZƏL

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı sənəd Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə təqdim edilib.
"OLAYLAR" TBMM-yə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən memorandumda Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi antiterror tədbirlərindəb sonra Qarabağda qeyri-qanuni separatçı birləşmələrin və onlara bağlı silahlı birləşmələrin ləğv edildiyi və faktiki işğala tamamilə son qoyulduğu vurğulanıb. Bidirilir ki, sülh müqaviləsi üçün Azərbaycanla Ermənistan arasında hələlik razılığa gəlinməyib. Memorandumda qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla, bütün hüquqlarını beynəlxalq hüquq normaları və qanuni suveren hüquqlar əsasında müdafiə edə bilməsi üçün prosesin əvvəlindən ona güclü dəstək verən Türkiyə bundan sonra da bu prosesə mühüm töhfələr verməkdədir. Bölgədə sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi və bunun asanlaşdırılması üçün iqtisadi infrastrukturun inşası və canlandırılmasının edildiyi xatırladıldı.
Memorandumda Türkiyə Silahlı Qüvvələrinin (TSQ) şəxsi heyətinin çalışdığı Türkiyə və Rusiya tərəfindən yaradılan Birgə Mərkəzin fəaliyyətini uğurla davam etdirdiyi, Türkiyənin bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verdiyi bildirilib. 
Memorandumda Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Müştərək Mərkəzdə vəzifələrini davam etdirməsinin Türkiyənin bölgədəki fəal və konstruktiv rolunun və milli maraqlarının tələbi olduğu vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31