Ermənistana silah-sursat verilməsi bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən bir addımdır- ÖZƏL
13 Noyabr 2023 14:07 Siyasət"Təcavüzkar, Azərbaycan ərazilərinin bir hissəsini 30 ilə yaxın işğal altında saxlayan və hələ də revanşist düşüncənin hökm sürdüyü bir dövlətə hərbi texnikanın verilməsi və bununla da onun hərbi potensialını gücləndirməyə edilən cəhdlər şübhəsiz ki, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən bir addımdır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, bu addım bir daha sübut edir ki, Fransa bölgədə sülh və sabitlikdə maraqlı deyil:
"Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destrukriv fəaliyyəti fonunda, Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir".
Yusif Bağırzadə deyib ki, nəyin bahasına olursa olsun Cənubi Qafqazda təmsil olunmaq istəyən, Rusiyanın regiondan sıxışdırılması üçün Ermənistanı davamlı təzyiq altında saxlayan Fransa bu cür addımlarla erməni ictimaiyyətində və hakimiyyətində öz mövqelərini möhkmləndirməyə çalışır:
"Amma məsələ orasındadır ki, hal-hazırda Ermənistana satılan və ya nəyinsə müqabilində ötürülən texnika belə Ermənistan ordusunun gücləndirilməsi və Azərbaycan ordusu ilə rəqabət apara biləcək səviyyəyə çatması üçün yetərli deyil. Bunu Fransa da yaxşı bilir. Ona görə də hal-hazırda Ermənistana verdiyi texnika sadəcə simvolik xarakter daşıyır. Yəni ki, baxın mən sizi silahlandırırıram, siz də mənim maraqlarımı təmin edin. Əslində isə verilən texnika o qədər zəif və əhəmiyyətsizdir ki, onu hərbi texnika belə adandırmaq mümkün deyil.
Söhbət "Acmat" şirkətinin istehsalı olan "Bastion" çoxməqsədli zirehli maşınlarından gedir. Bu texnikanın imkanlarının hansı səviyyədə olmasını bilmək üçün indiyə qədər "Bastion" zirehli maşınların olduğu ölkələrin siyahısına baxmaq kifayətdir: Benin, Somali, Qabon, Kamerun, Keniya, Kot-dchr("39")İvuar, Mali, Burkina Faso və s bu kimi ölkələr. İndi Ermənistanda bu siyahıya əlavə olunmağın sevincini yaşayır".
Politoloq deyib ki, özünə hörmət edən hər hansı bir ölkə dünyanın harasında olmasından asılı olmayaraq təcavüzkar siyasəti və əməlləri ilə tanınan bir ölkənin silahlandırılmasında iştirak etməməlidir:
"Lakin söhbət Makron Fransasından getdiyi üçün hər şey gözləniləndir".