Fransanın Ermənistana silah-sursat göndərməsinin regionda gərginliyi artıracağı mütləqdir- ÖZƏL
13 Noyabr 2023 12:01 Siyasət"Fransanın Ermənistana silah-sursat göndərməsinin regionda gərginliyi artıracağı mütləqdir. Ermənistanın isə buna şərait yaratdığı üçün cavabdeh olacağı isə daha aydındır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Ermənistan silahlanma ilə nə etmək istəyir deyə sual vermək də yersizdir:
"Silahlanma ilə nə etmək olar? Silahlanandıqdan sonra əmələ gələn Ermənistan üçün saxta da olsa özgüvən hissi onları ancaq Azərbaycanla yenidən müharibəyə sövq edə bilər. Ermənistan yenidən özünü div aynasında görməyə başlayar və əvvələr olduğu kimi ağlını əlindən ala bilər ki, yenidən Azərbaycanla müharibəyə ürək eləsin".
Azər Qasımov deyib ki, Azərbaycanla müharibə edib azacıq üstünlük əldə etmək fikrinin özü belə yanlış olar:
"Azərbaycan silahlanma məsələsində Ermənistanı müqayisəyə almır. Ermənistan bunun üçün münasib ölkə belə deyil. Amma erməni toplumunun ağlına, daha doğrusu ağılsızlığına hər kəs bələddir. Onları həmişə idarə ediblər. Bu dəfə də onlar eyni yolu getsələr regionda heç bir ölkə bundan heç nə itirməyəcək ki, əksinə, qazanacaq. Ermənistan torpaqları hesabına hər kəs öz ərazini böyüdəcək, çünki Ermənistan adında regionda dövlət qalmayacaq. Təki erməni toplumunun olmayan ağlını yenidən əlindən alsınlar. Region birdəfəlik bu xəstə toplumdan qurtulsun".
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun