Müdafiə və təhlükəsizlik məsələsi gələn il də prioritet olacaq- ÖZƏL
13 Noyabr 2023 11:42 Siyasət"Büdcə sənədi ilk növbədə azad olmuş ərazilərdə quruculuğun davam etdirilməsi və sakinlərin dogma yurdlarına qayıdışını təmin etməsinə əsas yaradır". Olaylar xəbər verir ki, bunu Bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib: "Ölkənin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunub saxlanması büdcədə əsas vəzifə kimi qarşıya qoyulur. Belə ki, növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə qurucuq işlər üçün dövlət büdcəsi xərclərinin 10,9 faizi, müdafiə və təhlükəsizlik məsələlərinə isə büdcənin 17,5 faizin ayrılması nəzərdə tutulur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31