Fransa və Avropa İttifaqı Ermənistanı silahlandırnaqla Brüssel sülh formatını öldürürlər- ÖZƏL

"Avropa İttifaqı , onun xüsusilə xarici siyasət və təhlükəsizlik komissarı Fransanın Ermənistanla hərbi sazişinə və Fransanın bu ölkəni hərbi texnika ilə təmin etməyə başlamasına reaksiya vermədi. Bu o deməkdir ki, Avropa İttifaqı da Ermənistanı silahlandırmaqda maraqlıdır". Olaylar xəbər verir ki, bunu deyən politoloq Aydın Quliyevin​ sözlərinə görə, Ermənistanın silahlandırılması onu Azərbaycanla sülh sazişindən​ çəkinməyə təşfiq etməkdir, bölgəmizdə müharibə riskini saxlamaqdır, Ermənistanı Azərbaycan və Rusiya ilə qarşıdurmaya həvəsləndirməkdir: "Bunlar isə öz növbəsində Azərbaycan- Ermənistan normallaşmasında Brüssel formatının rolunu heçə yendirməkdir. Eyni zamanda, Avoittifaq və Fransa Brüssel formatı çərçivəsində indiyədək əldə olunmuş razılaşmaları qüvvədən salırlar. Brüssel sülh formatı Vətən müharibəsinə qədərki ATƏT Minsk Qrupunun Həmsədrlik formatının gününə düşür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31