Ər-Riyadda keçirilən​ Sammit​ fikir ayrılığını daha da dərinləşdirdi - ÖZƏL

Ər-Riyadda keçirilən İslam-Ərəb sammitində İsraili bütün iştirakçılar tərəfindən tənqid atəşinə tutuldu, lakin bu toplantı​ İranla​ ​ ərəb dünyası arasında "Fələstin" mövzusunda bəzi əsaslı fərqlərin mövcudluğunu ortaya qoydu. Bunu Olaylar-a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə,

Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanının paytaxtında oktyabrın 7-də başlayan Həmas-İsrail müharibəsindən bəri ən böyük zirvə toplantısı İsrailə qarşı sərt bir səciyyə aldı:​ "Qəbul olunan​ yekun bəyannamədə İsrailin "özünümüdafiə" məqsədi ilə hərəkət etdiyinə dair iddiaları rədd edildi və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından İsrailin "təcavüzünü" dayandırmaq üçün "qətiyyətli və məcburi qətnamə" qəbul edilməsi tələb edilidi. Lakin yekun kommünikedə İranın irəli sürdüyü əməli tədbirlərə məhəl qoyulmadığı da məlum oldu.

Ər-Riyad əvvəlcə iki ayrı fövqəladə sammitə ev sahibliyi etməyi planlaşdırırdı, lakin sonra Ərəb Liqasının zirvə toplantısını Ərəb Liqası ölkələrinin mənsub olduğu, əksəriyyəti müsəlman olan 57 dövlətin daha geniş birliyi olan İslam Əməkdaşlıq Təşkilatını​ da əhatə edəcək şəkildə genişləndirdi. Ərəb diplomatları AFP-yə bildiriblər ki, görüşlərin birləşdirilməsi qərarı Ərəb Liqasının nümayəndə heyətlərinin yekun bəyanatla bağlı razılığa gələ bilməməsindən sonra verilib.

İran prezidenti İbrahim Rəisinin Səudiyyə Ərəbistanına səfəri İslam Respublikasının dövlət başçısı tərəfindən son on ildən artıq müddətdə bu ölkəyə ilk səfər olub. Bu, Tehran və Ər-Riyadın mart ayında Çinin vasitəçiliyi ilə bağlanmış müqavilə əsasında illərlə davam edən düşmənçiliyə rəsmi şəkildə son qoymasından sonra mümkün oldu.

İclas zamanı İran HƏMAS-a cavab hücumu ilə əlaqədar İsrailə qarşı cəzalandırıcı iqtisadi və siyasi addımlar atmağa təkan vermək arzusunda idi, lakin iştirakçılar İsrail qüvvələrinin Qəzzada "barbar" hərəkətlərini pisləsələr də, Tehranın təkliflərini qəbul etməkdən​ imtina etdilər və bunu əsaslandırmaq üçün regional fikir ayrılıqlarını vurğuladılar. Ümumi fikir​ ondan ibarət idi​ ki, İsrail və ərəb dünyası arasında əlaqələrin istiləşməsinə açıq şəkildə qarşı çıxan İran, anti-İsrail əhval-ruhiyyəsindən​ İsrail ilə ərəblər arasında​ sülh prosesini pozması üçün istifadə edir. Ərəb dünyası 2020-ci ildə İbrahim Sazişləri çərçivəsində Yəhudi dövləti ilə yaxınlaşmağa​ başlamışdı. Müharibədən​ bir neçə həftə əvvəl Səudiyyənin vəliəhdi və faktiki hökmdarı Məhəmməd bin Salman etiraf etmişdi ki, İsrail ilə krallıq arasında əlaqələr getdikcə yaxınlaşır.

Ər-Riyad sammitində liderlər İsrailə silah satışını dayandırmağa çağırdılar və Qəzzanı İordan çayının qərb sahilindən ayrı saxlayacaq münaqişənin gələcək siyasi həllini rədd etdilər. Bununla belə, Əlcəzairin​ və İranın İsraillə artıq qurulmuş əlaqələri kəsmək çağırışı​ 2020-ci ildə İbrahim razılaşması əsasında İsraillə əlaqələri normallaşdıran Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn tərəfindən rədd edildi.

Tehranın qaldırdığı və müsəlman liderlərin rədd etdiyi başqa bir məqam İsrail ordusu ilə bağlı idi. İran prezidenti Rəisi islam xalqlarını Qəzzada apardığı əməliyyatlara görə İsrail ordusunu "terror təşkilatı" adlandırmağa çağırıb. Bu çağırış da iştirakçılar tərəfindən qəbul edilmədi.

İranın mövqeyi ilə ərəb ölkələrinin mövqeyi arasındakı digər əsas fərq iki dövlətli həllə bağlıdır. Ərəb ölkələri 4 iyun 1967-ci il sərhədlərinə əsaslanaraq, paytaxtı Qüds olmaqla Fələstin dövlətinin yaranmasında edir, lakin İran məsələ qaldırır​ ​ ki, yəhudi dövləti ümumiyyətlə mövcud olmamalıdır.

Tehrana dönən​ kimi İran prezidenti dərhal rejimin fikirlərini təkrarladı və hətta xarici işlər nazirliyi sammitin yekun bəyanatı ilə bağlı "şərtlər" siyahısını rəsmi olaraq açıqladı. Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanaani bazar günü bildirib: "Bu məsələlər İran İslam Respublikasının Ciddədəki nümayəndəliyi tərəfindən Katibliyə rəsmi nota vasitəsilə də çatdırılıb və görüşün yekun hesabatında öz əksini tapacaq".

Qəzzada İranın dəstəklədiyi digər Fələstin silahlı qruplaşması olan İslami Cihad da ərəb-müsəlman sammitində tutulan​ tutduğu mövqe ilə uyğun gəlməyən​ bəyanatla çıxış edib.​ Qrup iddia edib ki, yekun bəyanat bütün ərəb və islam ölkələrini "müdafiə etmək vəzifələrindən əl çəkildiyini göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31