Fransanın hərbi texnikası Gürcüstan üzərindən Ermənistana doğru gedir - VİDEO + FOTO
12 Noyabr 2023 18:08 SiyasətBu dəqiqələrdə Fransanın hərbi texnikası Gürcüstan üzərindən Ermənistana doğru gedir!
Olaylar.az bildirir ki, Caliber-in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, bu saatlarda Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Gürcüstan-Ermənistan sərhədinə doğru hərəkət edir.
Xüsusilə də bu gecə Gürcüstanın Poti limanına Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulan #Acmat şirkətinin istehsalı olan Fransanın çoxməqsədli #Bastion zirehli texnikası yola salınıb. Bastion üçün komponentlər də göndərilib - göndərən Fransanın ARQUUS şirkətidir.
Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina etsə də, indi, görünür, rəsmi #Tbilisi buna icazə verib.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun


