Azərbaycan XİN Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkəsində yazıb.

"Türk xalqının böyük öndəri, qardaş Türkiyə Cümhuriyyətinin qurucusu, sevincimizi sevinci, kədərimizi kədəri bilən Qazi Mustafa Kamal Atatürkün hər zaman qəlbimizdə yaşayan əziz xatirəsini tarixi şəxsiyyətin anım günündə dərin hörmət və minnətdarlıqla anırıq", - deyə paylaşımda bildirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31