ABŞ-nin Azərbaycandakı yeni səfiri təyin olunub
9 Noyabr 2023 10:07 SiyasətABŞ Senatı Mark Libbinin Azərbaycan Respublikasında səfir vəzifəsinə namizədliyini təsdiqləyib.
Olaylar.az-ın məlumatına görə, bu barədə Senatın Mətbuat Qaleriyasında xəbər verilib.
Məlumata əsasən, Mark Libbinin namizədliyi səsvermə yolu ilə təsdiqlənib.
Qeyd edək ki, mayın 25-də ABŞ prezidenti Co Bayden Azərbaycana yeni səfirinin namizədliyini irəli sürüb.
O, 2021-ci ilin iyununadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini kimi çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31