Ərdoğan Zəfər Günü ilə bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.

Olaylar.az xəbər verir ki, dövlət başçısı qeyd edib:

"Qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Qarabağın azadlığı uğrunda 44 gün qəhrəmancasına döyüşmüş qazilərimizi hörmətlə, şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycan ərazisidir və, inşallah, qiyamətə qədər belə qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31