Füzulidə Zəfər Günü qeyd olunub
8 Noyabr 2023 20:26 SiyasətFüzulidə 8 Noybar- Zəfər Günü ilə əlaqədar tədbir keçirilir. Zəfər Günü tədbiri Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil edilib.
Olaylar.az xəbər verir ki, tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının əməkdaşları, Füzulidə məskunlaşan ailələr, məktəb kollektivi iştirak edir.
Tədbirin rəsmi hissəsindən sonra Zəfər Gününə həsr olunmuş videoçarx təqdim ediləcək, həmçinin muğam konserti və sonda atəşfəşanlıq olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31