BMT-nin qarşısında Zəfər Gününə həsr olunmuş lövhələr
8 Noyabr 2023 20:15 SiyasətABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahının qarşısında mobil bilbordda Azərbaycanın Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi sosial şəbəkədə paylaşım edib.
LED lövhələrdə ingilis dilində "8 Noyabr - Azərbaycanın Zəfər Günü" sözləri həkk olunub, eyni zamanda İkinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinin rəmzi olan xarıbülbül göstərilib. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31