Dünyaya göstərdiyimiz qardaşlığımızla hər zaman həmrəy olmağa davam edəcəyik - Selçuk Bayraktar

Silahlı pilotsuz uçuş aparatları (SİHA) ilə qazanılan ilk qələbə kimi tarixə keçən Azərbaycan Zəfərini təbrik edir, şəhidlərimizi rəhmətlə anıram.

Olaylar.az xəbər verir ki, bu fikirlər Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarın Zəfər Günü ilə bağlı sosial media hesabında etdiyi paylaşımda bildirib.

Təbrik mesajında deyilir: "Çətin günlərdə bütün dünyaya göstərdiyimiz qardaşlığımızla hər zaman həmrəy olmağa davam edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31