Prezident İlham Əliyev: 44 gün ərzində apardığımız hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır

Bu günü (Zəfər Günü - red.) bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.

Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbənin olmadığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31