Bakı-İrəvan münasibətlərinin normallaşması Qərbin müdaxiləsi olmadan mümkündür - Nikolay Patruşev

Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi yalnız regiondan kənar qüvvələrin müdaxiləsi olmadıqda mümkündür.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Müstəqil Dövlətlər Birliyindən (MDB) olan həmkarları ilə görüşdə deyib.

"Təcrübə göstərir ki, bu yalnız regiondan kənar qüvvələrin müdaxiləsi olmadıqda mümkündür. Qərbin hərəkətləri regionda vəziyyətin deqradasiyasını təhrik etməklə ziddiyyətlərin qalmasına səbəb olur", - deyə o vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurasının katibi Rusiyanın regionda vəziyyətin sabitləşməsində maraqlı olduğunu bildirib.

"Biz həmçinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməsində, regionun inkişafında, qarşılıqlı etimad və əməkdaşlığın inkişafında və möhkəmlənməsində maraqlıyıq", - o deyib.

Patruşev Rusiyanın bunun üçün davamlı olaraq Azərbaycan-Ermənistan münasibətlərinin kompleks normallaşması, bu ölkələr arasında sülh sazişinin imzalanması, sərhədlərin demilitasiyası, nəqliyyat əlaqələrinin açılması istiqamətində addımlar atdığını əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31