Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik mesajı paylaşıb
8 Noyabr 2023 11:36 SiyasətTürkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Zəfər Günü ilə bağlı paylaşım edib.
Olaylar.az xəbər verir ki, təbrik mesajı nazirliyin rəsmi sosial media hesablarında yayımlanıb.
Azərbaycanın Dövlət Himninin sözlərinin yer aldığı paylaşımda deyilir:
"Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!
Üçrəngli bayrağınla məsud yaşa Azərbaycan!
Azərbaycan Türkü qardaşlarımızın 8 Noyabr - Zəfər Gününü təbrik edir, qardaşlarımızı ən səmimi hisslərimizlə salamlayırıq".
Mesaj #TekMilletİkiDevlet haştaqı ilə yayımlanıb.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31