Azərbaycan UNESCO-nun Baş Konfransının vitse-prezidenti seçildi

UNESCO-nun Baş Konfransının 42-ci sessiyası işə başlayıb.

Olaylar.az xəbər verir ki, sessiya çərçivəsində Baş Konfransın yeni prezidenti və vitse-prezidentləri, eləcə də komissiya və komitələrin sədr və sədr müavinləri vəzifələrinə seçkilər keçirilib. Azərbaycan UNESCO Baş Konfransının vitse-prezidenti seçilib.

Sessiya çərçivəsində Baş Konfransın gündəliyi qəbul ediləcək. Qurumun 2018-2021-ci illər üzrə fəaliyyətinə dair Baş direktorun hesabatı, eləcə də İcraiyyə Şurasının fəaliyyəti və proqramının icrasına dair hesabatı dinləniləcək.

42-ci sessiya çərçivəsində UNESCO-nun ümumi siyasəti müzakirə ediləcək. Sessiya çərçivəsində təşkilatın tərəfdaşları, eləcə də gənclər Forumu keçiriləcək.

Baş Konfransın 42-ci sessiyası noyabrın 22-dək davam edəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31