Azərbaycan Serbiya şirkətlərini Qarabağ və Şərqi Zəngəzura dəvət edib
7 Noyabr 2023 16:59 SiyasətAzərbaycan Serbiya şirkətlərini Qarabağ və Şərqi Zəngəzura dəvət edib.
Olaylar.az xəbər verir ki, dəvəti xarici işlər naziri Ceyhun Bayramov noyabrın 7-də Belqradda Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiçlə görüşdə çatdırıb.
Görüş zamanı Serbiyadan olan şirkətlər və investorlar Ələt Azad İqtisadi Zonada, eləcə də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi geniş miqyaslı bərpa işlərində iştirak etmək, eləcə də bu bölgələrdə mümkün investisiya sahələrini araşdırmaq üçün dəvət olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31