Şuşada Rusiya bayrağı endirildi - VİDEO
7 Noyabr 2023 15:20 SiyasətRusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb. Onlara məxsus silah və hərbi texnikalar planlı təmir üçün göndərilib.
Olaylar.az xəbər verir ki, sülhməramlıların Şuşa yaxınlığındakı mövqelərindən çəkilərkən Rusiya bayrağının endirilməsi görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Hudson İnstitutunun baş elmi işçisi, amerikalı politoloq Lük Koffi görüntülərə münasibət bildirib. O həmin əraziyə daha əvvəl səfər etdiyini deyib:
"2022-ci ilin mart ayında Şuşadan çıxarkən həmin bayraq dirəyinin fotosunu çəkmişdim. Rusiya bayrağının buradan endirilməsini görməkdən məmnunam". (globalinfo.az)
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31