Hikmət Hacıyev beynəlxalq səyahətçilərlə görüşdü - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Qarabağ-2023 Ekspedisiyası" çərçivəsində "NomadMania Group"un beynəlxalq səyahətçi və səyahət bloqçuları ilə görüşüb.

Olaylar.az-ın məlumatına görə, bu barədə Prezidentin köməkçisi özünün "X" sosial şəbəkə hesabından məlumat verib.

O, işğaldan azad edilmiş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Füzulidə səfərdə olmuş qonaqlara Azərbaycanın regional sülh gündəmi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, humanitar minatəmizləmə layihələri barədə məlumat verib.

"Beynəlxalq səyahətçilərin və səyahət bloqçularının Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərlərini təşkil etdiyinə görə azərbaycanlı səyyah Mehrac Mahmudova təşəkkür edirik", - H.Hacıyev vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31