Tarixi sahibinə qovuşan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır- ÖZƏL
7 Noyabr 2023 12:40 Siyasət"30 illik işğal dövründə həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Nurlan Həsənov deyib. Bildirib ki, məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır: "BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr tarixində Azərbaycan ərizələrini müxtəlif istiamətlərdən raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz dünya hərb tarixinə yeni səhifə yazdı. Qürurumuz, kimliyimiz olan Zəfərimiz tariximizin şanlı səhifələrindən biridir. Xalqımız bu günü 30 il gözlədi. Amma heç zaman ümidini itirmədi. Əmin idi ki, dövlətimizin qətiyyəti sayəsində torpaqlarımız azad olunacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Bu gün həmin anın şahidi olduğumuz üçün qürurluyuq. Tarixi sahibinə qovuşan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Qarabağ və Şərqi Zəngəzur dirçəlir".