Beynəlxalq təşkilatların 30 ilə edə bilmədiyini Ordumuz 44 günə etdi - ÖZƏL
7 Noyabr 2023 12:38 Siyasət"Üç il əvvəl Vətən müharibəsində Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi və yaxud həll etmək istəmədiyi Qarabağ münaqişəsini həll etdi". "Olaylar" xəbər verir ki, bunu YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev deyib: "Azərbaycan Ordusu düşməni öz sərhədlərinə qədər qovub ərazi bütövlüyünü bərpa edib. Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa quruculuq işləri həyata keçirilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31