Azərbaycan Türk dövlətləri ilə əməkdaşlığa üstünlük verir - ÖZƏL

"Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması oldu". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Heydər Əliyevin yürütdüyü ardıcıl, uğurlu beynəlxalq siyasi fəaliyyət nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başladı: "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. O, Azərbaycan və türk xalqı arasında qədim zamanlardan bəri dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan bəhs edərək deyirdi: "Bizim ölkələrimiz dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən - əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31