İlin sonuna kimi sülh müqaviləsinin imzalanmasını gözləmək mübahisəli məsələdir - ÖZƏL

"Sülh müqaviləsi" məsələsi əslində tərəflər üçün oyun oynamaq vasitəsidir. Hesab edirəm ki, sülh tərəflərin heç birinə lazım deyil Azərbaycan da daxil. Tərəflər sadəcə sülhdən manipulyasiya üçün istifadə edirlər. 
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, hər kəs özünü sülhpərvər kimi göstərməklə dünya ictimaiyyətinin gözündə planlarına sülhü qalxan tuturlar:
"İlin sonuna kimi sülhün olmasını gözləmək zatən mübahisəli məsələdir. Bu barədə bəyanatlar dəfələrlə verilib. Sülh üçün köklü şəkildə həll ediləcək məsələlərin həlli hələ açıq qalıb. Bura Türkiyə ilə Ermənistan arasında olan məsələlərdən tutmuş Zəngəzur dəhlizi, yerlərindən qovulmuş azərbaycanlılar məsələsi, sərhəd məsələlərinə kimi bir çox açıq qalan məsələlər daxildir ki, onlar həllini gözləyir. Bunlar kompleks şəkildə həll olunmalıdır. Çünki bir-biri ilə əlaqəli məsələlərdir. Bu problemlərin açıq qalması region üçün təbii ki, risklər yaradır. Maraqlı güclərin regionda özlərinə yer etməsinə səbəb olur". 
Politoloq deyib ki, sülh müqaviləsi anlayışı əslində nisbi və təminatsız anlayışdır. Bu, dünya görüşlərinin mübarizəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31