Azərbaycanın quruculuq missiyası başlanıb- ÖZƏL

"Azərbaycanın tarixində yeni səhifə açılıb. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin torpaqları tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Əliabbas Salahzadənin sözlərinə görə, azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir: "Qələbəmizin əbədiləşdirilməsi üçün bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Azərbaycanın quruculuq missiyası başlanıb. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hazırda Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Müasir tələblər səviyyəsində qurulan torpaqlarımıza soydaşlarımızın qayıdışı mərhələli şəkildə həyata keçirilir.Tezliklə Qarabağın və Şərqi Zəngəzurun böyük investisiyalar məkanına çevriləcəyinin şahidi olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31