Milli Məclisin deputatı ABŞ-a səfər edəcək
7 Noyabr 2023 12:16 SiyasətMilli Məclisin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov noyabrın 12-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək. Milli Məclisdən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində millət vəkili Yəhudi Parlamentarilərin Beynəlxalq Şurasının forumunda iştirak edəcək.Forumda parlamentarilər arasında dialoq və əməkdaşlıq, demokratiya prinsiplərinin, insan haqlarının dəstəklənməsi və digər məsələlər müzakirə olunacaq.
Səfər noyabrın 17-də başa çatacaq.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31