Milli Məclisin deputatları İraq Respublikasına səfər edəcəklər

Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov və deputat Əminə Ağazadənoyabrın 8-də İraq Respublikasının Bağdad şəhərinə səfər edəcəklər. Milli Məclisdən "Olaylar"a bildirilib ki, millət vəkilləri Asiya Parlament AssambleyasınınSiyasi işlər üzrə daimi komitəsinin iclasında iştirak edəcəklər. İclasda "Qanunun aliliyi və məhkəmə hakimiyyətinin səlahiyyətləri haqqında", "Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın təmin edilməsinə dair", "Demokratiya yolu ilə harmonik inkişafa dair" və digər qətnamə layihələri müzakirəediləcəkdir.

Səfər noyabrın 12-də başa çatacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31