Dövlət ittihamçısı Xaçatryana 15 il həbs cəzası verilməsini istəyib
7 Noyabr 2023 11:07 SiyasətBu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Olaylar.az-ın məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edərək V.Xaçaturyanın ağır cinayət törətdiyini diqqətə çatdırıb.
O bildirib ki, məhkəmə iclasları zamanı V.Xaçatryana insani münasibət göstərilib və özünü müdafiəsi üçün ona lazımi şərait yaradılıb.
Dövlət ittihamçısı qeyd edib ki, məhkəmə iclasında V.Xaçatryanın törətdiyi cinayət əməlləri sübuta yetirilib.
O, məhkəmədən V.Xaçatryanın 15 il həbs cəzasına məhkum edilməsini xahiş edib.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31