Xalq-iqtidar birliyi Qələbəni təmin edən mühüm amillərdən oldu - ÖZƏL

Azərbaycanın tarixi zəfərindən 3 il keçir. Məhz 3 il əvvəl Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında Şuşanı işğaldan azad edərək düşməni məğlubiyyətə, kapitulyasiya aktını imzalamağa məcbur etdi.
"OLAYLAR" xəbər verir ki, qələbənin 3 illiyi barədə danışan Yeni Azərbaycan Partiyasının üzvü Kəmalə Ələkbərova deyib ki, Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəman Ordumuz böyük Qələbəyə imza atdı. Onun sözlərinə görə, Vətən müharibəsi Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilərək  torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi:
"Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi.  Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Beynəlxalq hüquq bizim tərəfimizdə olduğu halda işğalçı dövlətə maddi və mənəvi dəstək göstərilərək münaqişənin həlli prosesi uzadılır, Ermənistan əlavə vaxt qazanırdı. Azərbaycan 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq  beynəlxalq hüquq praktikasında da  yeni reallıq yaratdı. Azərbaycan dünyanın ikili standartlar əsasında yanaşmasını müharibənin getdiyi  günlərdə  də aydın şəkildə gördü. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları Azərbaycan Prezidentinin sözünün imzası qədər əhəmiyyətli  olduğunu dünyaya nümayiş etdirdi". 
Hakim partiya üzvü deyib ki, Qələbəmiz tarixi Qələbədir:
"Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31