Andrey Plenkoviçin Azərbaycana səfəri başa çatdı - FOTO
6 Noyabr 2023 22:28 SiyasətXorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 6-da başa çatıb.
Olaylar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Andrey Plenkoviçi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31