Azad edilmiş ərazilərdən ötən həftə aşkarlanan minaların sayı açıqlandı
6 Noyabr 2023 15:32 Siyasətİşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (oktyabrın 30-dan noyabrın 5-ə) açıqlanıb.
ANAMA-dan Olaylar.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 32 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 649 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1536,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31