Xorvatiyanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib
6 Noyabr 2023 14:00 SiyasətXorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç noyabrın 6-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Andrey Plenkoviçi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31