Ceyhun Bayramov və Rumıniya XİN-başçısı arasında təkbətək görüş keçirilir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rumıniya xarici işlər naziri Luminita Odobescu arasında təkbətək görüş keçirilir.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında qeyd edilib.

Qeyd edək ki, 5 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Ceyhun Bayramov və Rumıniya XİN-başçısı arasında təkbətək görüş keçirilir (FOTO)

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31