Diplomatın qeyri-etik hərəkəti rəzalətdir - ÖZƏL
6 Noyabr 2023 11:33 Siyasət"Avropanın iki standartları, bizə qarşı ağ yalanları, fürsət tapan kimi ölkəmizi, xalqımızı aşağılamaları son zamanlar dünyanın ədalətsizliyinin rəzalətidir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirli deyib: "Almaniya xarici işlər naziri Annalena Berbok Bakıya səfərə gəlmişdi. Bundan bir gün qabaq isə Ermənistanda səfərdə olmuşdu. Ermənistanda Qarabağdan gedən ermənilərlə görüşmüşdü. Almaniyalı nazirin diplomatik etikaya sığmayan Şuşa və Xankəndi şəhərlərimizi, qəsdən bilə-bilə Şuşi və Stepanakert adlandırməşdı, Ermənistanda azərbaycanlı köçkünlərlə görüşdüyünü bildirmişdi. Almanıyalı nazırın mətbuat konfransında ağ yalançılığını hörmətli xarici işlər nazirimiz Ceyhun Bayramov yerindəcə cavablandırdı və susdurdu. Bu formatda etikaya sığmayan Almaniya xarici işlər nazirinin mətbuat konfransındakı çıxışı rəzalətdir, Almaniya hökümətinin ölkəmizə qarşı olan münasibətinin göstəricisidir".