Tarixi Zəfərimiz türk dünyasının birliyini daha da aktuallaşdırdı - ÖZƏL

"Astana Zirvə görüşündə bir daha ölkəmizin türk dünyasının birliyinə töhfələri təqdir edildi. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündəki çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açaraq bildirdi ki, dost Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir". "Olaylar" xəbər verir ki, bunu YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev deyib: "Ümumilikdə Zirvə Görüşündəki çıxışlar və yekun nəticə olaraq imzalanan Bəyannamə  türk dövlətlərin mövcud  əlaqələrinin və əməkdaşlığının daha da gücləndirilməsi istəklərinin təqdimatı oldu. Yubiley Zirvə görüşünün çağırışı özündə bütün məqamları ehtiva edir. Qeyd edək ki, tarixi Zəfərimiz türk dünyasının birliyi, həmrəyliyi məsələsini daha da aktuallaşdırdı. Dünya istər 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi, istərsə də postmünaqişə dövründə bu birliyin möhkəm təmələ, tarixi köklərə malik olduğunun şahidinə çevrildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31